Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir.
ƏTRAFLI
Lənkəran xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi.
ƏTRAFLI
Xanbulançay su anbarı — Azərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə tikilmişdir. 1976-cı ildə istismara verilmişdir. Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir.
ƏTRAFLI
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir
ƏTRAFLI
Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
ƏTRAFLI
Dairəvi qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından, demək olar ki, iki dəfə böyük olmuşdur.
ƏTRAFLI