OTAQ

SEÇ

Lənkəran mayakı


Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayan. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir
1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək türmə ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayan Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir.

1957-ci ildə mayak binası təmir edilmişdir. 1969-cu ildə isə mayakın yüz illik yubleyi qeyd edilir. 2002-ci ildə mayak binasında cari təmir aparılmışdır.
Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya vaxtilə yeraltı yol olmuşdur. Onun qalıqları bu günə kimi qalmaqdadır. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır.

1934-cü ildə mayakda meteoloji stansiya quraşdırılmışdır.

Mayak hazırda Xəzər Dəniz Gəmiçiliyinin tabeçiliyindədir.