OTAQ

SEÇ

Mikrodalğalı Terapiya



PROSEDURUN TƏSVİRİ

Mikrodalğalı terapiya elə bir müalicə metodudur ki, burada orqanizmə çox yüksək tezlikli elektromaqnit sahə vasitəsilə təsir göstərilir Elektromaqnit dalğalar spektrində mikrodalğalar işıq dalğaları ilə yanaşı durur və şüa enerjisinin bəzi xüsusiyyətlərinə malikdir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Mikrodalğalı terapiya metodu az güclü çox yüksək tezlikli elektromaqnit sahəsi enerjisinin istifadəsinə əsaslanır. Həmin elektromaqnit sahəsi pasiyentin bədəninə şüa buraxanlar vasitəsilə yaxınlaşdırılır. Cihazların işləmə prinsipi aşağıdakı kimidir:

  • cihzadan çıxan dalğalar qısa dəstələr şəklində yığılır;
  • dalğa elementləri pasiyentin bədəninə daxil olur;
  • dalğalar yayılır və fizioterapevtin təyin etdiyi müddət ərzində toxumalara təsir göstərir.

GÖSTƏRİŞLƏR

  • onurğa sütununun boyun, döş, bel-oma hissələrinin osteoartrozu;
  • revmatoid artrit (1, 2 və 3 dərəcə aktivlik);
  • kəskin, uzunmüddətli və xroniki pnevmoniya;
  • hipertoniya xəstəliyi (2A mərhələdən yüksək olmamaqla);
  • oynaq bağlarının cırılması;
  • bursit;
  • stomatit;
  • piyelonefrit;
  • sistit;
  • xroniki bronxit;
  • prostatit;
  • bazu-kürək periartriti;
  • sinuitlər;
  • dərinin irinli iltihabları;
  • sinir sistemi xəstəlikləri (digər xəstəliklərin kəskinləşməsinə səbəb olmadıqda).

ƏKS GÖSTƏRİŞLƏR

  • orqanizmdə kəskin mərhələdə olan və ödem sindromu ilə müşayiət olunan iltihab proseslərinin olması;
  • kəskin irinli iltihablar;
  • bədxassəli törəmələr;
  • ürək çatışmazlığı;
  • 3-cü sinif stenokardiya;
  • ağırlaşmalarla keçən mədə xorası;
  • epilepsiya;
  • hepatit B;
  • qalxanabənzər vəzinin hiperfunksiyası;
  • üstündən üç aydan az vaxt keçən miokard infarktı;
  • qan laxtalanmasının pozulması;
  • metal implantların olması;
  • hamiləlik.

PROSEDURUN NƏTİCƏLƏRİ

Terapevtik dozada verilən mikrodalğalar toxuma tənəffüsünü aktivləşdirir, fermentativ fəaliyyəti stimullaşdırır, beləliklə də, maddələr mübadiləsini artırır. Mikrodalğalı terapiya ağrıkəsici, spazmolitik, bakteriostatik və iltihab əleyhinə təsir göstərir.

REZERV ETMƏK