OTAQ

SEÇ

İynəyarpaqlılar vannası



PROSEDURUN TƏSVİRİ

İynəyarpaqlılar vannası qızdırılmış şirin suda həll edilmiş iynəyarpaqdan ibarətdir. İynəyarpaqlılar vannaları qəbul edildiyi zaman iybilmə mərkəzlərinə kimyəvi təsir, habelə, qan dövranına və mübadilə proseslərinə xoş təsir göstərən temperatur təsiri göstərilir. Bu zaman hüceyrələrin regenerasiya prosesinin sürətlənməsi, habelə, çoxsaylı sinir sonluqları vasitəsilə kapillyarlarda qan axınının aktivləşməsi baş verir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

İynəyarpaqlılar cövhəri 36–37ºС temperaturlu suya əlavə edilir. Vannaya daxil olduqdan sonra döş nahiyəsi suyun üzərində qalmalıdır. İynəyarpaqlılar vannasının qəbulu böyüklər üçün ən çoxu 20 dəqiqə, uşaqlar üçün isə 10 dəqiqə davam etməlidir. Proses bədənin yumşaq dəsmalla silinməsi ilə tamamlanır, daha sonra isə istirahət etmək və yarım saata qədər yataqda uzanmaq tövsiyə olunur.

GÖSTƏRİŞLƏR

  • Bronx xəstəlikləri;
  • Endokrin pozuntular;
  • Ürək-damar patologiyaları;
  • Sinir sistemi pozuntuları;
  • Dayaq-hərəkət aparatının fəaliyyət pozuntuları;
  • Ginekologiya sahəsində problemlərin olması;
  • Dəri xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏR

  • vərəm;
  • xroniki xəstəliyin kəskinləşməsi;
  • dəri infeksiyaları;
  • hipertoniya və ürək çatışmazlığı (II-III dərəcə);
  • qanaxmalar;
  • allergik reaksiyalara meyllik.

PROSEDURUN NƏTİCƏLƏRİ

İynəyarpaqlılar vannasının qəbulu qan dövranının güclənməsinə səbəb olur, toxumaların qidalanma prosesini yaxşılaşdırır, şlak və toksinlərin çıxarılma prosesini sürətləndirir, bakterisid və iltihab əleyhinə təsir göstərir, sinir sistemini sakitləşdirir.

REZERV ETMƏK