PROSEDURUN TƏSVİRİ
Ozokeritoterapiya istilik vasitəsilə müalicə növlərindən biridir (istilik müalicəsi). Bu müalicə zamanı əsas istilik daşıyıcısı ozokerit (dağ mumu) olur. Bu, neft tərkibli, xarici görünüşünə görə arı mumuna bənzəyən təbii mineraldır. Terapiya zamanı ozokerit orqanizm toxumalarına istilik, kimyəvi və mexaniki təsir göstərir.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Ozokerit qatı uzanan kütlə əmələ gələnə qədər qızdırılır. Əridlimiş və 40-45°С-dək soyudulmuş ozokerit kompress şəklində bədənin problemli nahiyəsinə qoyulur, yuxarıdan polietilen paket və yun parça ilə bükmək zəruridir. Prosedur 1-2 saat, o, tam soyuyana qədər davam edir, daha sonra isə ozokerit bədəndən götürülür.
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
Prosedurlardan sonra problemlərin qarşısını almaq üçün bu siyahını diqqətlə öyrənin. Aşağıdakı diaqnozlar və vəziyyətlər mövcud olduqda, dağ mumu ilə aplikasiyaları tətbiq etmək olmaz:
PROSEDURUN NƏTİCƏLƏRİ
Yerli (istilik və mexaniki) təsirdən başqa, ozokerit applikasiyaları, kimyəvi amil sayəsində, bütün orqanizmə ümumi təsir də göstərir. Bioloji aktivliyə malik maddələr qana sorulur və parasimpatik sinir sistemini aktivləşdirir, bu zaman tonuslaşdırıcı təsir göstərir və insanın ümumi vəziyyətini yaxşılaşdırır. Ümumilikdə, üç amilin hamısının kompleks təsiri sayəsində, bərpaedici proseslər daha aktiv şəkildə keçir, immunitet möhkəmlənir, periferik qanaxma stimullaşır.