OTAQ

SEÇ

Acacia SPA


XİDMƏTLƏR

Müasir SPA mərkəzi yalnız otelin daxili qonaqları üçün deyil, həm də oteldən kənar qonaqların istifadəsi üçün açıqdır. SPA mərkəzi bir günlük istifadə ilə yanaşı, aylıq və illik abunə paketləri də təklif edir.

SPA

Qonaqlarımız, professional təlimçinin nəzarəti ilə təbiətin gözəlliyindən zövq alaraq idman zalımızda kardio, güc, “CrossFit”, bədənin yuxarı hissəsi üçün idman hərəkətləri edə, bütün növ idman ləvazimatlarından faydalana bilərlər.

Spa mərkəzində qonaqların istifadəsinə qapalı hovuzdan əlavə isti yay günlərində günəşlənə biləcəkləri, terrasları olan gözəl açıq hovuz da verilir. Mərkəzin Fin saunaları, buxar hamamları, Türk hamamı və istirahət otaqları qonaqların istirahətini unudulmaz etmək üçün ixtisaslaşmış mütəxəssisləri ilə hər bir istifadəçinin xidmətindədir. İndoneziyadan peşəkar masajçı - terapevtlərimiz isə xüsusi hazırlanmış istirahət otaqlarında masajların və özəl prosedurların geniş seçimini təklif edirlər.

 

Acacia SPA mərkəzinin menyusu ilə BURADAN tanış ola bilərsiniz.