OTAQ

SEÇ

İstisu termal suyu ilə müalicə üçün göstərişlər



Qan dövranı sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, idiopatik hipotoniya, kardiomiopatiya, periferik arterial və damar xəstəliyi

Sinir sistemi xəstəlikləri: müxtəlif sinirlərin, köklərin və kələflərin zədələnməsi, vegetativ sinir sisteminin pozğunluqları, onurğa və baş beyin pozğunluqları, mərkəzi sinir sisteminin xəstəlikləri, travmalarının və əməliyyatlarının nəticələri

Sümük-əzələ sistemi xəstəlikləri: iltihab prosesinin minimal aktivliyi ilə oynaqlara təsir edən revmatik xəstəlilər, oynaqların və onurğa sütunun degenerativ xəstəlikləri, osteopatiya və xondropatiya

Xroniki qeyri-spesifik bronx-ağciyər xəstəlikləri: remissiya mərhələsində xroniki bronxit və xroniki pnevmoniya

Həzm sistemi xəstəlikləri: qida borusu, mədə və onikibarmaq bağırsağın xəstəlikləri (reflüks-ezofagit, normal və ya aşağı turşulu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xorası), bağırsaq xəstəlikləri, qaraciyər xəstəlikləri, öd kisəsi, öd kanalları, mədəaltı vəzi, operativ müdaxilələrdən sonra pozğunluqlar

Endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozulması: diabet, alimentar piylənmə, metabolik sindrom, podaqra və s.

Dəri xəstəlikləri: xroniki ekzema, atipik dermatit, psoriaz, yanıqlardan və donmuş travmalardan qalıq təsirlər, çapıq dəyişiklikləri, trofik toxuma pozğunluqları və s.

Böyrək və sidik ifrazı yollarının xəstəlikləri: remissiya mərhələsində xroniki pielonefrit, xroniki sistit

Kişi cinsiyyət orqanlarının xəstəlikləri: xroniki prostatit, vaskulit, epidimit və s.

Qadın cinsiyyət orqanlarının xroniki iltihabi xəstəlikləri: salpinqooforit, endoservisit, servisit və s.