PROSEDURUN TƏSVİRİ
Krioterapiya soyuqla müalicə prosedurudur. Krioterapiya üçün əsasən həddindən çox aşağı temperatura qədər (150 -190ºС) soyudulan hava və ya ətalətli qaz azot istifadə olunur. Orqanizm ekstremal aşağı temperatura qarşı ümumi səfərbərliklə reaksiya verir. Qan dövranı, bununla da, toxumaların oksigenlə təchizatı güclənir, metabolizm aktivləşir, zərərli maddələr limfa və qan məcrası vasitəsilə çıxarılır. Yaxşı əhval-ruhiyyəni qoruyub saxlayan və digər hormonların ifrazı stimullaşdırılır, immun sistemi və iltihab əleyhinə proseslər aktivləşir, ağrı hüdudu azalır.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Prosedur zamanı həkim müəyyən zaman dilimi ərzində (bir qayda olaraq, patologiyadan asılı olaraq, 15 dəqiqədən başlayaraq və daha çox) lokal krioterapiya aparatının köməyi ilə, pasiyentin bədəninin müəyyən nahiyəsinə soyuq hava axını ilə təsir göstərir. Həmin hava axınının tənzimlənə bilən sürəti dəqiqədə 1500 litrə qədər təşkil edir. Soyuq hava axınının temperaturu – 60C-ə çata bilər.
Seans sayı həmçinin həkim tərəfindən fərdi olaraq seçilir və, bir qayda olaraq, 10 krioterapiya seansından 15 seansa qədər təşkil edir.
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
İstənilən krioterapiya proseduru aşağıda qeyd olunan müsbət nəticələrin əldə edilməsinə səbəb olur: