PROSEDURUN TƏSVİRİ
Sanitariya-kurort müalicəsi üzrə ən çox yayılmış prosedurlardan biri palçıq applikasiyalarıdır ki, onlar oynaqların, dermatoloji və damar xəstəliklərinin müalicəsi zamanı aktiv şəkildə tətbiq edilir.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
İstilik applikasiyaları aşağı istilik keçiriciliyi ilə yüksək istilik tutumuna malik maddələrlə həyata keçirilir. Quru istilik mənbələrindən (duz, qum) başqa, tez-tez peloidlər (palçıqlar) və peloidəbənzər maddələr (parafin, ozokerit, gil) də istifadə olunur. Applikasiyalarda bu maddələrin istifadə olunması qanın zədələnmiş yerə axıb gəlməsinə səbəb olur, mübadilə reaksiyalarını stimullaşdırır, habelə, yüngül ağrıkəsici effektə malikdir. Davam etdiyi müddət: 10-20 dəq., dövriliyi: 1-2 gündən bir
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
Fizioterapevtik prosedur olaraq, palçıq applikasiyası əzələ toxumalarının və oynaqların dərindən isinməsini təmin edir, damar genişləndirici təsir göstərir, yerli qan dövranını aktivləşdirir, mübadilə proseslərini, toxumaların qidalanmasını yaxşılaşdırır, bərpa proseslərini sürətləndirir.