PROSEDURUN TƏSVİRİ
TEKAR-terapiya innovativ fizioterapiya üsuludur. Burada toxumaların selektiv hipertermiyasına səbəb olan elektromaqnit enerjidən istifadə olunur.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Prosedur zamanı pasiyent təsir zonasında xoş istilik hiss edə bilər, dərinin kiçik lokal qızartısının olması mümkündür. Həmin qızartı seansdan 30-40 dəqiqə sonra yox olacaq. TECAR-ın ağrılı, xoşagəlməz və mənfi effektləri mövcud deyil. Müalicə kursu, patologiya və proses xronizasiyasından asılı olaraq, 20 dəqiqədən 1 saatadək davam edən 5-10 ardıcıl gündəlik prosedurdan ibarətdir.
GÖSTƏRİŞLƏR
- İdman zədələri (dartılmalar, mialgiyalar);
- Bel və bel nahiyəsində ağrı;
- Boyun ağrısı;
- Çiyin-kürək ağrısı;
- İstənilən vətərin tendiniti;
- Karpal tunel sindromu;
- Qonalgiya (diz ağrısı);
- Osteoartrit;
- İntensiv məşqlərdən sonra əzələlərin bərpası.
ƏKS GÖSTƏRİŞLƏR
- (kardio)stimulyatorlar,
- eşitmə cihazları,
- elektrik sahəsində metal implantlar,
- temperatur hissiyyatı zəif olduqda, ehtiyatlı olun,
- bədxassəli şişlər,
- hemorragiya və qanaxmaya meyllik,
- hamiləlik zamanı qarın nahiyəsində prosedurlar,
- trombozlar,
- aktiv artrozlar,
- kəskin iltihablar.
PROSEDURUN NƏTİCƏLƏRİ
- tez bir zamanda ağrı hissini azaldır;
- iltihab prosesini aradan qaldırır;
- dayaq-hərəkət aparatının toxumalarının regenerasiyasını aktivləşdirir;
- bərpa müddətini bir neçə dəfə qısaldır;
- hətta çox dərin toxumaları emal edir, digər metodikalarda isə bu, mümkün deyil.
REZERV ETMƏK