PROSEDURUN TƏSVİRİ
Hidrokolonoterapiya orqanizmin şlaklardan təmizlənməsi metodikasıdır. Prosedur bağırsağın su və ya otlardan olan maye ilə yuyulmasından ibarətdir. Həmin maye orqanizmdən xüsusi cihaz vasitəsilə çıxarılır. Bütün proses tamamilə ağrısız və təhlükəsizdir.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Hidrokolonoterapiya proseduruna hazırlıq bir neçə gün davam edir. Meteorizmə səbəb olan məhsullardan, məsələn, meyvələrdən, kələmdən, paxlalılardan, təzə bişmiş şirniyyatlardan uzaq duraraq, pəhrizə riayət etmək əhəmiyyətlidir. Həmçinin qazlı içkilərdən və alkoqoldan imtina etmək lazımdır. Bağırsağın yuyulmasından bir neçə gün öncə 6 həb aktivləşdirilmiş kömür qəbul etmək, prosedurdan 4 saat öncə isə heç nə yeməmək tövsiyə olunur. Ümumilikdə, bağırsağın yuyulması seansı 30 dəqiqədən 1 saatadək olan müddət ərzində davam edir. Pasiyent, rahat (yan və ya bel üstündə) vəziyyət alaraq, taxtın üzərinə uzanır. Cihaz vasitəsilə bağırsağa su daxil olur. Mütəxəssis, mayenin şlaklarla birlikdə axıb getməsi üçün, nazik steril borucuqları daxil edir. Hər şey tələsmədən həyata keçirilir ki, pasiyent narahatlıq hiss etməsin. Ən xırda xoşagəlməz hiss yarandığı zaman pasiyent hidrokolonoterapiyanın dayandırılmasını xahiş edə bilər. Bağırsağın tam yuyulması üçün bir seans kifayət etmir. Hər şey mərhələli şəkildə həyata keçirilməlidir ki, orqanizmə zərər vurulmasın. Buna görə həkimin təyin etdiyi seans sayı 5-dən 10-dək dəyişir. Bu seanslar ərzində qalın və nazik bağırsaq bütün uzunluğu boyunca təmizlənir.
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
Hidrokolonoterapiya seansından sonra siz inanılmaz yüngüllük hissi keçirəcəksiniz, yorğunluq və pis əhval-ruhiyyə keçib gedəcək, artıq çəkidən qurtulduğunuzu dərhal hiss edəcəksiniz, şlak və daşların yığılması səbəbi ilə əvvəllər korreksiya olunmayan sallanan qarın isə dartılacaq və xeyli kiçiləcək. Bağırsaq təmizləmə prosedurları üzrə kursdan sonra orqanizm cavanlaşır, kiçik qırışlar hamarlaşır, səpgilər keçir, üz və əl dərisi təravətlənir.