PROSEDURUN TƏSVİRİ
Mineral vannalar təbii və ya süni şəkildə hazırlanmış, tərkibində müxtəlif qazların, mikroelementlərin, bioloji aktivliyə malik maddələrin olduğu mienral su vannalarıdır.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Xəstə vannaya yerləşdirilir və rahat vəziyyətdə uzanır. Vannadan sonra o, bədənini, sürtmədən, dəsmalla silir, bədənini isti saxlayaraq bükür və 15-20 dəqiqə istirahət edir. Prosedur 10-20 dəqiqə davam edir, bir gündən bir fasilə verməklə həyata keçirilir. Vannalar ürəyə, qaraciyərə, skelet əzələlərinə müsbət effekt göstərir, onların mikrosirkulyasiyasını yaxşılaşdırır.
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
Mineral vannalar sinir sisteminin rahatlanmasına səbəb olur, stress, depressiya, yuxusuzluq, qidalanma pozuntusu və sinir yorğunluğu ilə mübarizədə kömək edir, ətraflardakı ağrılardan, maddələr mübadiləsinin pozulmasından və posttravmatik sindromdan əziyyət çəkənlərə kömək edir. Bir neçə prosedurdan ibarət kurs dərinin vəziyyətini yaxşılaşdıracaq və sellülitlə mübarizədə kömək edəcək.