OTAQ

SEÇ

Tens-Terapiya



PROSEDURUN TƏSVİRİ

Əzələlərin elektrik stimulyasiyası zədə aldıqdan sonra əzələ və sinir toxumasının funksiyasının bərpasına istqamətləndirilən fizioterapevtik təsir növlərindən biridir. Əzələlərin elektrik stimulyasiyası zamanı müxtəlif gücə və tezliyə malik impuls cərəyanlarından istifadə olunur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Elektrodlar hərəkət nöqtələrinin yerləşdiyi nahiyələrə: üzə, döş nahiyəsinə, belə, qarına, ətraflara qoyulur və bərkidilir. Lazım olan cərəyan gücünü, tezliyi və müddəti seçərək, elektrik stimulyasiya seansı keçirilir. Prosedur başa çatdıqdan sonra elektrodlar götürülür, dəri geldən təmizlənir. Bir prosedur 40 dəqiqədən çox davam etmir, bu zaman bir əzələ və ya sinir maksimum 2-3 dəqiqə ərinzə stimullaşdırılır. Daha sonra təxminən 10 dəqiqəlik fasilə verilməlidir.

GÖSTƏRİŞLƏR

  • oynaqlara və sınıq zonasına yük düşmədən əzələ gücünün bərpası
  • reinnervasiya müddətində əzələlərin funksional vəziyyətdə qorunub saxlanması
  • kəskin və xroniki ağrı sindromunun müalicəsi
  • əzələ korsetinin normallaşdırılması
  • neyroreabilitasiya
  • idman tibbi

ƏKS GÖSTƏRİŞLƏR

  • onkoloji törəmələrin mövcudluğu
  • təsir nahiyəsində infeksiya düşmüş dəri zədələrinin olması
  • hamiləlik
  • xroniki xəstəliklərin dekompensasiyası

PROSEDURUN NƏTİCƏLƏRİ

Əzələlərin elektrik stimulyasiyası metodu aşağıdakı nəticələri əldə etməyə imkan verir:

  • ağrıların tez bir zamanda aradan qaldırılması;
  • manipulyasiyalar zamanı narahatlığın olmaması;
  • orqanizm, immun sistem fəaliyyətinin bərpa edilməsi;
  • regenerasiya edici xüsusiyyətlərin gücləndirilməsi, aktivləşdirilməsi
  • ağrıların effektiv şəkildə aradan qaldırılması;
  • qan dövranının, lokal nahiyənin oksigenlə təchizatının yaxşılaşdırılması

REZERV ETMƏK