OTAQ

SEÇ

Ozokeritoterapiya



PROSEDURUN TƏSVİRİ

Ozokeritoterapiya istilik vasitəsilə müalicə növlərindən biridir (istilik müalicəsi). Bu müalicə zamanı əsas istilik daşıyıcısı ozokerit (dağ mumu) olur. Bu, neft tərkibli, xarici görünüşünə görə arı mumuna bənzəyən təbii mineraldır. Terapiya zamanı ozokerit orqanizm toxumalarına istilik, kimyəvi və mexaniki təsir göstərir.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Ozokerit qatı uzanan kütlə əmələ gələnə qədər qızdırılır. Əridlimiş və 40-45°С-dək soyudulmuş ozokerit kompress şəklində bədənin problemli nahiyəsinə qoyulur, yuxarıdan polietilen paket və yun parça ilə bükmək zəruridir. Prosedur 1-2 saat, o, tam soyuyana qədər davam edir, daha sonra isə ozokerit bədəndən götürülür.

GÖSTƏRİŞLƏR

  • onurğa sütunu və oynaqların iltihab və distrofik xəstəlikləri (xroniki və kəskin mərhələnin başlanğıcı);
  • dayaq-hərəkət aparatının zələnməsi və bunun nəticələri;
  • periferik sinir sisteminin zədələnməsi, onurğa beyni xəstəlikləri və onların ağırlaşmaları;
  • daxili orqan və sistem xəstəlikləri (müxtəlif mənşəli hepatitlər, xora xəstəliyi, xolesistitlər, plevritlər və s.);
  • qadınlarda sidik-cinsiyyət sahəsində xroniki və yarımkəskin mərhələdə olan xəstəliklər (əsasən iltihab xarakterli);
  • dəri xəstəlikləri;
  • ilkin, yüngül mərhələdə olan periferik damar xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏR

Prosedurlardan sonra problemlərin qarşısını almaq üçün bu siyahını diqqətlə öyrənin. Aşağıdakı diaqnozlar və vəziyyətlər mövcud olduqda, dağ mumu ilə aplikasiyaları tətbiq etmək olmaz:

  • hamiləlik zamanı;
  • qızdırmalı vəziyyətdə;
  • tez-tez qanaxmanın baş verməsinə meyllik;
  • yenitörəmələr əmələ gəldiyi zaman;
  • kəskin ateroskleroz zamanı;
  • ətraflarda qan dövranı çatışmazlığı.

PROSEDURUN NƏTİCƏLƏRİ

Yerli (istilik və mexaniki) təsirdən başqa, ozokerit applikasiyaları, kimyəvi amil sayəsində, bütün orqanizmə ümumi təsir də göstərir. Bioloji aktivliyə malik maddələr qana sorulur və parasimpatik sinir sistemini aktivləşdirir, bu zaman tonuslaşdırıcı təsir göstərir və insanın ümumi vəziyyətini yaxşılaşdırır. Ümumilikdə, üç amilin hamısının kompleks təsiri sayəsində, bərpaedici proseslər daha aktiv şəkildə keçir, immunitet möhkəmlənir, periferik qanaxma stimullaşır.

REZERV ETMƏK