OTAQ

SEÇ

Fizioterapiya-Zərbə-Dalğa Terapiyası



PROSEDURUN TƏSVİRİ

Zərbə-dalğa terapiyası müasir fizioterapevtik müalicə üsuludur. Bir çox ixtisas həkimləri tərəfindən müalicə üçün uğurla tətbiq olunur. Zərbə-dalğa terapiyası ortopedik xəstəliklərin müalicəsi, travmalar zamanı müalicə üçün özünü xüsusilə yaxşı göstərmişdir. Bu üsul nevroloqlar, uroloqlar, kardioloqlar, kosmetoloqlar tərəfindən də geniş istifadə olunur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Zərbə-dalğa terapiyası ambulator qaydada keçirilir. Pasiyentin problemli nahiyəsinə xüsusi gel vurulur, daha sonra isə bilavasitə olaraq prosedurun özü başlayır. Həkim aparatda zəruri parametrləri təyin edir və manipulyatoru bədəndəki lazım olan nahiyəyə yerləşdirir. Bu zaman hər xəstəlik üçün fərqli olan trigger zonaları nəzərə alınır. Bir seans bir zona üçün 7-10 dəqiqə ərzində davam edir. Adətən, xəstəlikdən və toxumaların zədələnməsi dərəcəsindən asılı olaraq, həftədə 1-2 dəfə keçirilən 3-6 prosedur kifayət edir.

GÖSTƏRİŞLƏR

  • Onurğa travmasının nəticələri
  • Osteoxondroz
  • Fəqərəarası disklərin yırtıqları və protruziyaları
  • Keçirilmiş insultdan sonra əzələlərin hipertonusu
  • Kökcük sindromları
  • Miqren və s.

ƏKS GÖSTƏRİŞLƏR

  • ZDT-nin keçirildiyi zonada yenitörəmələr.
  • İstənilən yerləşməli tromboz.
  • Kəskin infeksion proseslər.
  • Qanın laxtalanma sistemi patologiyası.
  • Hamiləlik.
  • Ürək ritminin pozulması
  • ZDT-nin keçirildiyi zonada dəri xəstəlikləri.

PROSEDURUN NƏTİCƏLƏRİ

Mexaniki zərbə-dalğa impulsları zədələnmiş toxumalarda bir sıra müsbət proseslərin yaranmasına səbəb olur – kalsium depozitlərinin dağılması və iltihabların çəkilməsi, dartılmış əzələ strukturunun boşaldılması, qan təchizatının yaxşılaşdırılması və toxumaların bərpa edilməsi.

REZERV ETMƏK