OTAQ

SEÇ

Fizioterapiya-Limfodrenaj



PROSEDURUN TƏSVİRİ

Limfodrenaj və ya press terapiyası hüceyrələrarası boşluqdan mayenin və mübadilə məhsullarının çıxarılmasını nəzərdə tutan, limfa sirkulyasiyasını yaxşılaşdıran fizioterapiya üsuludur. Limfodrenaj həyata keçirilərkən, limfa, venoz və sinir sisteminə aktiv təsir göstərilir, əzələlər boşaldılır, damarlar genişlənir, limfa sirkulyasiya edir və bütün orqanizmdə bərabər şəkildə paylanır.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Aparatla limfodrenaj və ya press terapiyası, xüsusi kostyum sayəsində (aşağı ətraflar və qarın zonası üçün) həyata keçirilir ki, bura sıxışdırılmış hava daxil edilir və, bunun sayəsində, terapiya həyata keçirilir. Zəruri təzyiq kompüter proqramı vasitəsilə tənzimlənir. Rejim, həkimin göstərişlərindən və konkret məqsədlərdən irəli gələrək, hər ayrıca pasiyentin xüsusiyyətləri nəzərə alınaraq, seçilir.

GÖSTƏRİŞLƏR 

  • Xroniki venoz çatışmazlığı, ayaq ödemliliyi, əməliyyatsonrası və ya travmasonrası
  • ödemlilik, o cümlədən onkoloji əməliyyatdan - mastektomiyadan sonra
  • Dayaq-hərəkət aparatı xəstəlikləri: podaqra, artritlər, artrozlar, osteoxondrozlar
  • Selülit, piylənmə, lokal piy toxuması çöküntüləri, əzələlərin həddindən çox gərilməsi
  • Qəbzlik, bağırsağın motor funksiyalarının zəifləməsi, qarın boşluğunun yapışma prosesləri
  • Stresslər, xroniki yorğunluq sindromu, yuxusuzluq.

ƏKS GÖSTƏRİŞLƏR

Dərin venaların trombozu, kəskin nevropatiya və pleksopatiya, kəskin ağ ciyərlər ödemi, yumşaq toxuma travmaları, kəskin tromboflebit, ürək-damar xəstəliklərinin dekompensasiyası, epilepsiya, titrətmə qızdırma, qlaukoma, qaraciyər və böyrək çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri (hiperterioz), yoluxucu xəstəliklər, limfangit, ostesintez və təsir zonasında endoprotezin qoyulması, kardiostimulyatorun olması, bədxassəli hipertenziya.

PROSEDURUN NƏTİCƏLƏRİ

Limfodrenaj çoxlu effektlərə malikdir: ağrıkəsici, ödem əleyhinə, yara sağaldıcı, əzələ toxumasını boşaltma, maddələr mübadiləsini, toxumaların regenerasiyasını və qidalanmasını gücləndirir.

REZERV ETMƏK