OTAQ

SEÇ

Fizioterapiya - Vakuum terapiya



PROSEDURUN TƏSVİRİ

Vakuum terapiyasının əsas məqsədi, hər hansı preparat istifadə edilmədən, bədəni mübadilə proseslərinin aktivləşdirilməsi üçün stimullaşdırmaqdan ibarətdir. Buna nail olmaq üçün, xüsusi bankalar və taxmalar istifadə olunur ki, onlar vasitəsilə daxildə mənfi təzyiqin əldə edilməsi üçün hava sorulur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Vakuum terapiyası zamanı bankalar xüsusi bioloji aktiv nöqtələrə qoyulur ki, həmin nöqtələrin stimullaşdırılması daxili orqanların funksiyalarını və orqanizmin müdafiə güclərini aktivləşdirir. Təzyiqin dəyişməsi səbəbi ilə, lokal olaraq qan axını güclənir, bu isə qan dövranını və limfanın xəstə nahiyədən axın getməsini yaxşılaşdırır. 

GÖSTƏRİŞLƏR 

  • Ağrı sindromu ilə müşayiət olunan bel xəstəlikləri (osteoxondroz, radikulit, lümbaqo, bel əzələlərinin gərilməsi).
  • Xroniki formada tənəffüs sistemi xəstəlikləri (bronxial astma, xroniki bronxit, bronxoektatik xəstəlik, tez-tez baş verən pnevmoniyalar).
  • Hipertoniya xəstəliyi
  • Xroniki yorğunluq sindromu
  • Mədə-bağırsaq yolu xəstəlikləri (xora xəstəliyi, qastrit, xolesistit)
  • Selülit.
  • Qabaq qarın divarı əzələlərinin möhkəmləndirilməsi.
  • Baş ağrısı, gərginlik, miqren.
  • Onurğa sütununun boyun hissəsinin osteoxondrozu
  • Onurğa sütununun döş hissəsinin osteoxondrozu.
  • Tənəffüs orqanlarının xroniki xəstəlikləri (traxeobronxitlər, bronxial astma).
  • Ağciyərlərdə durğunluq halları.
  • Qabırğaarası nevralgiya

ƏKS GÖSTƏRİŞLƏR

  • Dərinin bakterial, göbələk, virus infeksiyası.
  • Allergik dermatitlər.
  • Onkoloji xəstəliklər.
  • Hipertoniya xəstəliyinin ağır forması.
  • Qanaxmaya meyllik.
  • Titrətmə qızdırma ilə müşayiət olunan kəskin yoluxucu xəstəliklər.
  • Hamiləlik.

PROSEDURUN NƏTİCƏLƏRİ

Vakuum terapiyasının effekti qısa müddətdə özünü büruzə verir. Artıq birinci seansdan sonra, ağrı sindromları dayanır, toxumaların ödemi azalır, əzələlərin gərilmə dərəcəsi aradan qalxır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Bu metodun orqanizm üçün faydası, dərman vasitələri ilə, ağrıkəsici preparatın tətbiq edilməsi yolu ilə dayandırma ilə müqayisədə, daha çoxdur.

REZERV ETMƏK