OTAQ

SEÇ

Fizioterapiya-Magnit terapiyası



PROSEDURUN TƏSVİRİ

Maqnit terapiyası orqanizmin problemli zonasına dəyişən və ya sabit təsirli aşağı tezlikli maqnit sahələrinin təsirinə əsaslanan məşhur fizioterapiya qəbuludur. Müalicəvi və profilaktik məqsədlərlə, baza, tamamlayıcı metod kimi və ya dərman terapiyasının alternativi qismində istifadə olunur.

PROSEDURUN KEÇİRİLMƏ QAYDASI

Pasiyent bütün bədən boyunca hərəkət edən aparatın içinə yerləşdirilir və orqanizmə müxtəlif tezlikli maqnit impulsları ilə təsir göstərilir. Mobil aparatlardan istifadə edildiyi zaman prosedurun mahiyyəti zədələnmiş orqanlara lokal təsir üçün maqnitin ağrılı nahiyələrə qoyulmasından ibarət olur. Maqnit terapiyası kursu 10-15 seans davam edir. Prosedurları hər gün və ya bir gündən bir həyata keçirilməlidir. Prosedur ən çoxu 30 dəqiqə davam edir.

 

GÖSTƏRİŞLƏR

Maqnit terapiyası, demək olar ki, bütün orqan və sistemlərin patologiyalarının müalicəsi üçün, habelə, profilaktik məqsədlərlə, həmçinin, uzunmüddətli xəstəliklərdən və əməliyyatlardan sonra bərpa üçün istifadə olunur.

Göstərişlər sırasına aşağıdakılar daxildir:

  • ürək xəstəlikləri;
  • nevroloji pozuntular;
  • onurğa sütunu travmaları;
  • qan dövranının pozulması;
  • endokrin sistem xəstəlikləri;
  • dayaq-hərəkət aparatı travması;
  • sidik-cinsiyyət xəstəlikləri, yoluxucu xəstəliklər 

ƏKS GÖSTƏRİŞLƏR

  • Ürək ritminin pozulması və ürək çatışmazlığı.
  • Damarlarda və ürəkdə cərrahi müdaxilələr, keçirilmiş miokard infarktı, stentləmə.
  • Hipotoniya (aşağı arterial təzyiq).
  • Qanaxmalar.
  • Kardiostimulyatorun olması.
  • Qalxanabənzər vəzinin funksiyasının artması.
  • Açıq formalı ağciyər vərəmi.
  • Tromboflebit.
  • Psixi pozuntular.
  • İrinli xəstəliklər.
  • Alkoqol sərxoşluq.
  • Yoluxucu xəstəliklərin kəskin dövrü.
  • Onkologiya (bədxassəli şişlər)

PROSEDURUN NƏTİCƏLƏRİ

Maqnit təsirli prosedurlar damar genişləndirici effekt göstərir, ağrını kəsir, iltihabı götürür, bədəni boşaldır və orqanizm hüceyrələrinin regenerasiyasına səbəb olur.

REZERV ETMƏK