PROSEDURUN TƏSVİRİ
Lazer terapiyası əsasında konsentrasiya olunmuş işıq dəstəsi təsirinin cəmləndiyi orqanizmə fiziki təsir metodudur. Texnologiya müasir tibdə bir sıra xəstəliklərin profilaktikası və müalicəsi üçün geniş istifadə olunur. Zəif lazer şüası insan orqanizminin təbiətinə qarşı tolerantdır və kəskin antivirus, antibakterial təsirə malikdir. Lazer terapiyası qan dövranının normallaşmasına, onurğa sütunu funksiyalarının güclənməsinə, hüceyrələrdən toksik maddələrin və onların parçalanma məhsullarının çıxarılmasına səbəb olur.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Lazer terapiyası zamanı şüa yayanın bilavasitə olaraq zədələnmə ocağına və yaxınlıqdakı toxumalara, refleksogen zonalara, habelə, zədələnmiş orqanın, hərəkət sinirlərinin və bioloji aktiv nöqtələrin proyeksiya yerinə təsirindən istifadə olunur (prosedur 15 dəqiqəyədək davam edir). İşıq şüaları toxumaların içinə 13 sm qədər dərinliyə nüfuz edir, bununla da hüceyrə səviyyəsində struktur qradasiyalarına səbəb olur. Lazer terapiyası zamanı limfa axını və qan dövranı stimullaşır, hüceyrədaxili və membran maddələr mübadiləsi sabitləşir. Fizioterapiyada bu metod immunitetin gücləndirilməsi və toxumalarda, orqanlarda bərpaedici proseslərin sürətləndirilməsi üçün istifadə olunur. Optimal müalicəvi effektə nail olmaq üçün, lazer terapiyası bir neçə kursda, adətən, 10-12 gündəlik prosedur şəklində həyata keçirilir.
GÖSTƏRİŞLƏR
ƏKS GÖSTƏRİŞLƏR
Aşağıda qeyd olunan xəstəliklər və orqanizm vəziyyətləri lazer terapiyasının keçirilməsi üzrə mütləq əks göstərişləri təşkil edir:
PROSEDURUN NƏTİCƏLƏRİ
Prosedur antimikrob, ağrıkəsici, virus əleyhinə təsir göstərir. İstifadə edildikdə, kapillyarların genişlənməsi baş verir, qanın qatılığı və xolesterin səviyyəsi azalır, hüceyrələrin qidalanması yaxşılaşır. Bundan əlavə, lazer şüalanması orqanizmin dərman vasitələrinə qarşı həssaslığını bir neçə dəfə artırır ki, bu da müalicə vaxtını qısaldır və qısa müddət ərzində müsbət nəticələr əldə etməyə imkan verir.