PROSEDURUN TƏSVİRİ
Darsonvallaşdırma orqanizmin səthi toxumalarına və selikli qişalarına yüksək tezlikli v zəif dəyişən impulsiv cərəyanlarla təsirin göstərilməsidir. Qan damarlarını genişləndirir, yerli qan dövranını aktivləşdirir, venoz stazı azaldır, damarların keçiriciliyini artırır, dərini oksigenlə zənginləşdirir və onu mikroelementlərlə təmin edir. Toxumaların qidalanmasını yaxşılaşdırır, maddələr mübadiləsini stimullaşdırır. Yerli qaşınma, iltihab əleyhinə, analgetik, trofik və bakterisid effekt göstərir.
PROSEDURUN KEÇİRİLMƏ QAYDASI
Cihazın bir neçə rejimi - gücü var. Onlardan hər birini, tətbiq ediləcək nahiyədən asılı olaraq, seçmək tövsiyə olunur. Cihazın yaratdığı dəyişən cərəyan, dəri ilə təmas zamanı, toxumaları və damarları tonusa gətirir, bununla da qan və limfa axınını yaxşılaşdırır və sürətləndirir. Belə ki, təsir zonasında maddələr mübadiləsi və toxumaların qidalanması yaxşılaşır. Aparat istifadə edildiyi zaman kiçik miqdarda cərəyanın təsiri altında ozon əmələ gəlir. Cavanlaşdırıcı və stimullaşdırıcı effektlərdən başqa, ozon bakterisid xüsusiyyətlərə malikdir.
PROSEDURUN TƏTBİQ EDİLMƏSİ MƏQSƏDİ
Cərəyanla fizioterapevtik prosedurlar insan orqanizminə dərhal təsir göstərir. Bu prosedurlar keçirildikdən sonra, ağrı sindromu əhəmiyyətli dərəcədə azalır və ya ümumiyyətlə yox olur, mübadilə prosesləri normallaşır, iltihab reaksiyası azalır, toxumaların trofikası yaxşılaşır, regenerativ proseslər aktivləşir. Bədənin müxtəlif nahiyələrində müntəzəm olaraq tətbiq edildiyi zaman qocalma prosesləri ləngiyir, dərinin, saçların keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşır, ağrı hissi aradan qalxır, bədən daha qamətli olur. Cərəyanla terapiya kosmetik vasitələrin verdiyi effekti yaxşılaşdırır, onların keçiriciliyini bir neçə dəfə gücləndirir.
DARSONVAL ÜÇÜN GÖSTƏRİŞLƏR
DARSONVAL ÜÇÜN ƏKS GÖSTƏRİŞLƏR
PROSEDURUN NƏTİCƏLƏRİ
Fizioterapiyanın və cərəyanın tətbiq edilməsi ilə prosedurların effektivliyi artıq çoxdan sübut edilib. Müasir tibb müəssisələrində və fiziokabinetlərdə çoxdandır cərəyanın köməyi ilə ən müxtəlif xəstəliklərin müalicəsi üçün aparatlar quraşdırılıb.
Kosmetologiyada cərəyanlar eyni prinsiplə təsir göstərir - maddələr mübadiləsini aktivləşdirir, durğunluq hallarından xilas edir, dərinin və saçların keyfiyyətini yaxşılaşdırır. Cərəyan, sözün əsl mənasında, yaş keçdikcə orqanizmimizdə zəifləyən prosesləri (kollagen, elastin ifrazı, oksigenlə zənginləşdirmə, qidalandırma) həyata qaytarır və bərpa edir. Cərəyanın təsiri sayəsində, damarlar, kapillyarlar və əzələlər reflektor olaraq tonusa gətirilir. Bu cür "məşq" onların elastikliyini qoruyub saxlamağa imkan verir ki, nəticədə, qan dövranı normallaşacaq, toxumalar kifayət qədər oksigenlə təmin ediləcək və mübadilə prosesləri sürətlənəcək.