Lənkəran xan sarayı — Lənkərandakı Xan evi 1913-cü ildə Talış xanı Mirmustafa xanın şəcərəsindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılan bina.
Lənkəran xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran şəhəri Tarix Diyarşünaslıq muzeyi yerləşir.
Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsində qalibi olaraq, "Qafqaz gözəli" seçilən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi saray dünya arxitekturasının nadir incilərindən biridir.
Şərq memarlığının bu gözəl nümunəsi 1913-cü ildən etibarən Lənkəranın mərkəzini bəzəməkdədir. Qeyd edək ki, binanın memarları fransızlar olub ki, bu da onun inşası zamanı şərq memarlığının ustalığını və gözəlliyini istifadə etməyə maneçilik törətməmişdir. Xan evi üç mərtəbəli bina olaraq inşa edilib və ilk çoxmərtəbəli binadır. Xan evinin tarixi kifayət qədər maraqlıdır və hadisələrlə zəngindir. Mirəhməd xan, Zaqafqaziyada gözəllik müsabiqəsində qalib gəlməsi münasibəti ilə, həyat yoldaşı Tuğra üçün sevgi sarayı inşa etməyi əmr etmişdir. İnqilabdan sonra bina milliləşdirilmiş, onun sakinlərinin aqibəti isə faciəvi olmuşdur. Daha sonra burada sovet hakimiyyəti orqanları yerləşdirilmişdir. Bu gün Xan evində Lənkəran dövlət diyarşünaslıq muzeyi yerləşir ki, bu muzeyin fondunda diyarın tarixi ilə bağlı yeddi mindən çox eksponat toplanıb.
Lankaran Springs Wellness Resort – Mirəhməd xanın evi 11,9 km – 18 dəq