OTAQ

SEÇ

İstisu termal suyu ilə müalicə üçün göstərişlər



  • Qan dövranı sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, idiopatik hipotoniya, kardiomiopatiya, periferik arterial və damar xəstəliyi
  • Sinir sistemi xəstəlikləri: müxtəlif sinirlərin, köklərin və kələflərin zədələnməsi, vegetativ sinir sisteminin pozğunluqları, onurğa və baş beyin pozğunluqları, mərkəzi sinir sisteminin xəstəlikləri, travmalarının və əməliyyatlarının nəticələri
  • Sümük-əzələ sistemi xəstəlikləri: iltihab prosesinin minimal aktivliyi ilə oynaqlara təsir edən revmatik xəstəlilər, oynaqların və onurğa sütunun degenerativ xəstəlikləri, osteopatiya və xondropatiya
  • Xroniki qeyri-spesifik bronx-ağciyər xəstəlikləri: remissiya mərhələsində xroniki bronxit və xroniki pnevmoniya
  • Həzm sistemi xəstəlikləri: qida borusu, mədə və onikibarmaq bağırsağın xəstəlikləri (reflüks-ezofagit, normal və ya aşağı turşulu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xorası), bağırsaq xəstəlikləri, qaraciyər xəstəlikləri, öd kisəsi, öd kanalları, mədəaltı vəzi, operativ müdaxilələrdən sonra pozğunluqlar
  • Endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozulması: diabet, alimentar piylənmə, metabolik sindrom, podaqra və s.
  • Dəri xəstəlikləri: xroniki ekzema, atipik dermatit, psoriaz, yanıqlardan və donmuş travmalardan qalıq təsirlər, çapıq dəyişiklikləri, trofik toxuma pozğunluqları və s.
  • Böyrək və sidik ifrazı yollarının xəstəlikləri: remissiya mərhələsində xroniki pielonefrit, xroniki sistit