• Otel haqqında məlumat - "LANKARAN SPRINGS WELLNESS RESORT" Azərbaycanın cənubunda, Bakının cənubundan 250 km məsafədə, Lənkəran şəhərinin Haftoni kəndində yerləşən yeni beşulduzlu sağlamlıq otelidir. O, gözəl dağ-meşə landşaftında, Xəzər dənizindən cəmi 15 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava limanından 10 dəqiqəlik məsafədə yerləşir. Obyekt yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq mərkəzi və valehedici dərə hamamları da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Otel bir və ikinəfərlik otaqlarda, həmçinin terraslı ailə apartamentlərində rahat yaşayış şərtləri təklif edir. Oteldə  “standart” kateqoriyasında 145, “superior” kateqoriyasında 25, “family” kateqoriyasında 10 və  “king suite” kateqoriyasında 2 otaq olmaqla hər cür şəraitin olduğu 182 otaq var.
  • Qonaqlar açıq terrasdan gözəl mənzərədən zövq alaraq yerli və xarici mətbəxin ləziz yeməklərindən dada bilər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, aerobika, fitnes, yoqa, diskoteka, nizə atma və digər oyunlar kimi əyləncələrin geniş spektri təqdim olunur. 
  • İstisu - "İstisu" adlı unikal müalicəvi termal mənbələri ilə tanınan yerdir. Sovet İttifaqında ən effektiv balneoloji sanatoriyalardan biri 1958-ci ildən burada fəaliyyət göstərir.  Sağlamlıq mərkəzi yüksək ixtisaslı həkimlər tərəfindən təyin edilmiş termal prosedurların köməkliyi ilə çoxsaylı xəstəliklərin effektiv müalicəsini təklif edir. Bu gün obyektin ərazisində 12 su mənbəyi yerləşir. Bu yaxınlarda bütün su mənbələri Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Reabilitasiya və Balneologiya Elmi-tədqiqat Mərkəzində sınaqdan keçirilmişdir. Tədqiq olunan mineral suların kimyəvi tərkibi faydalı mikroelementlərlə və kalium, natrium, kalsium ionları ilə, sabit stronsiumla, ümumi dəmirlə, xlorid ionları ilə, hidrogen karbonat ionları ilə, fosfat ionları ilə zəngindir. Digər normallaşdırılmış mikroelementlər, o cümlədən azot qrupunun birləşmələri, ağır metallar, eləcə də selen.